CUMHURİYYƏTİN 100 İLLİYİNƏ
hazırlanmış "KAYA HABER " -in ödülü tarixi roman yazarı Sona Abbəsəliqızı Azərbaycana gətirdi.
15 aprel 2024-cü il tarixində Türkiyənin İzmir vilayətində - MyPark otelində Kaya Haber Ajansının təşkilatçılığı və KHA-nın ev sahibliyi ilə ilin ən bacarıqlı sənət xadimləri mükafatlandırıldı.
Məlumat üçün bildirək ki, 25 nəfərin təltif olunduğu bu tədbir “Kaya Net Grubu”nun imtiyaz sahibi olan Prof. Dr. Zakir Kayanın sivil inkişaf yolunu keçmiş insanlar bu tədbirdə geniş təqdir edildi və bütün sahələrin ən önəmliləri yüksək mükafatın sahibi oldular.
Tədbirin əsas məqsədi Cümhuriyyətin 100 illiyinə şərəf vermək və bu ali missiyanı bir daha uca tutmaq idi. Tədbirdə Prof. Dr. Zakir Kayanın həyatı və fəaliyyəti barədə qısa danışlıdı, onun çalışdığı sahələrdəki əməyi alqılandı. Ardınca Azərbaycan milyonçusu Musa Nağıyev adına hazırlanmış 37 dəq vidyoçarx nümayiş edildi , daha sonra isə sənət adamları öz möhtəşəm çıxışları ilə tədbirə xüsusi rəng qatdılar.
Tədbirə Türkiyə ilə yanaşı, Azərbaycan, Qırğızıstan, İran və Almanyadan da qonaqlar iştirak edirdi və onlara da ödül təqdim olundu. Dostlaşmış, qardaşlaşmış ölkələrin sənət adamlarının bir yerdə eyni ruhda, eyni ovqatda olması sözün əsl mənasında çox möhtəşəm mənzərə yaratdı. Ödüllə təltif olunanlar tədbirin təşkilatçılarına, bu işdə əməyi keçənlərə öz təşəkkürlərini bildirdilər, belə tədbirləri daha qlobal dostluq üçün vacib bir zərurət hesab etdilər.
Tədbirdə ödül alanların arasında Azərbaycandan hörmətli və tanınmış nəslun nümayəndəsi Musa Nağıyevin nəvəsi ,araşdırmaçı alim
Dilara Nağıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, tarixi romanlar müəllifi Sona Abbasəliqızı, İş adamı dr.professor Nehir Akpolat , Şair Nizami Hüseynov da var idi. Cümhuriyyətin 100 illiyinə həsr olunmuş bu möhtəşəm tədbirdə "Kaya Haber Ajans"-in Azərbaycan təmsilçisi,Sona Abbasəliqızı
"İlin tarixi roman yazarı” ödülünə sahib oldu.
Haber Karapapak Org
Yorumlar
Yorum Gönder